Dönər hazırlayanlar təhlükəsizliyə əməl edirmi?

SAĞLAMLIQ
17:17 / 21.08.2025
43

Hər il, istənilən fəsildə dönərdən zəhərlənmə hadisəsi qeydə alınır.

Növbəti belə hal Şəmkir rayonunda qeydə alınıb. 

20-dən çox şəxs dönərdən zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Maraqlıdır, dönərdən zəhərlənmələr niyə artır?

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a  deyib ki, zəhərlənmələrinin çoxalmasının səbəbi ehtiyatsızlıqla bağlıdır:

"Bu işlə məşğul olanlar sanitar-gigenik göstəricilərə uyğun olmayan, vaxtı keçən müxtəlif yollarla emal oluna ətlərdən istifadə edirlər. Ona görə də zəhərlənmə halları çoxalır. Əslində dönər bişmə prosesinə məruz qaldığı üçün onun dadını dəyişmək üçün bəzi hallarda bu ətə müxtəlif qatqılar vurulur. Bağırsaq çöplərinin olduğu infeksiyalar ən çox dönər yeyərkən olur. Amma bunların əksəriyyəti araşdırılmır, bəzən xəstə uzun müddət müalicədə qalır. Hesab edirəm ki, qida təhlükəsizlik məsələsi milli təhlükəsizlik konsepsiyasının bir tərkib hissəsdir. Qida istehsal edən hər bir şirkət, biznesmen, hər bir şəxs bilməlidir ki, təhlükəsizlik parametlərinə əməl etmək lazımdır".

Sevinc

0