Sağlam arıqlamağın yolları

SAĞLAMLIQ
19:15 / 21.08.2025
35

Arıqlamaq istəyi bəzən stress və dəri problemləri ilə əlaqəli ola bilər. 

Hit.az stress və dəri problemlərindən qaçaraq, sağlam şəkildə arıqlamaq üçün aşağıdakı qaydaları təqdim edir.

Sürətli arıqlama bədənin və dərinin zədələnməsinə səbəb ola bilər. Həddindən artıq sürətli kilo itkisi, dərinin elastikliyini itirməsinə və sallanmasına yol aça bilər. 

Sağlam bir pəhriz arıqlama prosesinin əsasını təşkil edir.

Arıqlama prosesində su içmək çox vacibdir. Kifayət qədər su içmək, bədənin toksinləri atmasına, həzm sisteminin yaxşı işləməsinə və dərinin nəmləndirilməsinə kömək edir. 

Suyun az olması, dərinin qurumasına və sallanmasına səbəb ola bilər. 

Müntəzəm fiziki fəaliyyət, həm arıqlamağa, həm də stresin azaldılmasına kömək edir. 

Stress, bədənin hormonlarını pozaraq, yemə vərdişlərinə, arıqlama prosesinə və dərinin vəziyyətinə mənfi təsir göstərə bilər. 

Yoga, meditasiya, nəfəs məşqləri və müntəzəm idman, stresin idarə olunmasına kömək edir. 

Sevinc

0