Ağıllı telefonunuzda gündə cəmi bir saat sosial şəbəkələrdə vaxt keçirməyiniz, gözlərinizə təxmin belə edə bilməyəcəyiniz qədər çox zərər verə bilər.
Sosial şəbəkələrdə cəmi bir saat gəzmək, görün görüzlərimizə nələr edir
Gündə yalnız bir saat sosial şəbəkələrdə gəzmək belə, rəqəmsal göz yorğunluğuna səbəb ola bilər.
HİT.az xəbər verir ki, "Journal of Eye Movement Research" jurnalında dərc olunan yeni bir tədqiqata görə, bu vəziyyət təkcə ekrana baxma müddəti ilə yox, həm də istifadə olunan məzmunun növü ilə sıx əlaqəlidir.
Tədqiqatda, Hindistanda yaşayan gənc yetkinlərdən ibarət 30 iştirakçıya hər gün bir saat ərzində üç fərqli məzmun növü təqdim edildi. Bunlar, e-kitab oxuma, video izləmə və sosial şəbəkə axınında gəzməkdir.
Bu sessiyalar zamanı göz yorğunluğunun obyektiv göstəriciləri (göz qırpma tezliyi, gözbəbəyinin diametri və göz qırpmalar arasındakı müddət kimi) Raspberry Pi və infraqırmızı kamera ilə izlənərək təhlil edildi. Oturuşlar sabut bir stulda, tənzimlənə bilməyən məsafədə həyata keçirilib.
Tədqiqat nəticələrinə görə, sosial şəbəkə axını (reels, feed və s.), e-kitab oxumağa və ya video izləməyə nisbətən ən yüksək səviyyədə göz yorğunluğuna səbəb olur. Gözbəbəkləri bu halda daha çox böyüyüb kiçilməyə meyllidir; bu da məzmunun davamlı dəyişən parlaqlığı və dinamik quruluşu ilə əlaqələndirilir.
Tədqiqatçılar məqalələrində, "Sosial şəbəkələrdə gəzərkən məzmun və parlaqlıqda davamlı dəyişiklik olması, göz yorğunluğunun daha da artmasına səbəb olur" ifadələrindən istifadə ediblər.
Tədqiqat həmçinin, bir saatlıq ağıllı telefon istifadəsində göz qırpma tezliyində əhəmiyyətli bir azalma (%54-61) və göz qırpma aralığında (%39-42) artım olduğunu ortaya qoyub. Yəni gözlərin daha uzun müddət açıq qaldığı müəyyən edildi. Göz qırpma tezliyində azalma və göz qırpma aralığında artım, vizual yorğunluğun göstəriciləri hesab olunur.
Samir