Qarın yağını "işıq sürəti" ilə yandıran 5 qəlyanaltı

SAĞLAMLIQ
13:29 / 22.08.2025
46

Qarın yağından qurtulmaq üçün nə qədər məşq etmək olar, amma bu kömək etməyəcək. Pəhrizinizi dəyişmək lazımdır və o zaman siz uğur qazanacaqsınız.

HİT.az xəbər verir ki, diyetoloq Tara Kollinqvud "Eat This, Not That" verilən müsahibəsində qarın yağından qurtulmağa kömək edən qəlyanaltıların olub-olmadığını danışıb:

"Öz-özünə qarın yağını əritən sehrli qəlyanaltı yoxdur, amma düzgün seçim iştahanı nəzarətdə saxlamağa, qandakı şəkərin səviyyəsini sabitləşdirməyə və əzələləri dəstəkləməyə kömək edə bilər və bütün bunlar ümumi bədən yağının, o cümlədən qarın yağının azalmasında rol oynayır. Qəlyanaltılarda zülal, lif və faydalı yağların birləşməsi uzun müddət tokluq hissi verir və arıqlamaq səylərini puça çıxara biləcək həddən artıq yeməyin qarşısını almağa kömək edir.

Gilaslı yunan yoğurdu - "Əzələ kütləsini qorumaq üçün zülal. Üstəlik, bağırsaq sağlamlığı və tokluq üçün antioksidantlar və lif", deyə Kollinqvud bildirir.

Alma dilimləri badam və ya fıstıq qozu ilə - "Qandakı şəkərin səviyyəsini sabitləşdirən və aclıq hissinin qarşısını alan lif və faydalı yağların birləşməsi", deyə diyetoloq qeyd edib.

Tərəvəzli humus - Yerkökü, kəlavə və bibər kimi tərəvəzlərlə humus rəngarəng, zülal və qida maddələri ilə zəngin bir qəlyanaltıdır. "Zülal, lif və minerallar enerjini qoruyur, qandakı şəkərin səviyyəsini qaldırmır", deyə Kollinqvud bildirib.

Bişmiş yumurta - "Əzələləri dəstəkləmək və metabolizmi gücləndirmək üçün zülal", deyə diyetoloq əlavə edib. Onun  sözlərinə görə, yumurtaları əvvəlcədən bişirmək və asanlıqla yemək üçün onları soyuducuda saxlamaq lazımdır.

Qovrulmuş noxud - "Xırtıldayan, lif və zülalca zəngin, onlar çipslər üçün əla bir əvəz olacaq", deyə Kollinqvud bildirib.

Onun sözlərinə görə, bu qəlyanaltıların hər biri balanslaşdırılmış pəhriz yaratmağa kömək edəcək:

"Baxmayaraq ki, bu qəlyanaltılar birbaşa qarın yağını azaltmağa kömək etməyəcək, onlar balanslaşdırılmış, kaloriliyi nəzarətdə olan pəhriz yaratmağa kömək edir ki, bu da sonradan daha sağlam bədən vəziyyətini dəstəkləyir".

Samir

0