Azərbaycanda psixi xəstələrin sayı qonşu ölkələrlə müqayisədə az deyil.
Maraqlıdır, psixi xəstəliklər genetik olur, yoxsa sonradan yaranır.
Tibb elmləri doktoru Adil Qeybulla Hit.az-a deyib ki, psixi xəstəliklərin, şizofreniyanın yaranmasında irsi faktorların rolu vardır: İrsi faktorun rolu az deyil. Lakin o tək yeganə faktor deyil. Məsələn, narkomanlarda, habelə müxtəlif toksiki maddələrin təsirilə də beyində bu cür psoxozlar və şizofreniya yarana bilər. Əslində bunlar da nəticələrdir. Amma irsi faktorun rolunun olması da birmənalıdır. Elə psixi xəstələr var ki, ata və ya ana bir xətti üzrə, nəsildən-nəslə ötürülür”.
Sevinc