İndi yemək saxlamaq üçün plastik qablardan istifadə olunur.
Saxlama qabları qidaya necə təsir edir?
Qida hansı qablarda saxlansa daha sağlıqlıdır?
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki,plastiklərin emalını asanlaşdırmaq və onlara bəzi xüsusiyyətlər vermək üçün onlara çoxlu çeşiddə əlavələr əlavə etmək lazımdır:
"Lakin bu əlavələrin insan sağlamlığına zəhərli və kanserogen təsirləri ola bilər.Şüşə qida saxlama üçün ümumiyyətlə plastikdən daha təhlükəsizdir. Plastik qablardakı kimyəvi maddələr plastikdən yeməyə keçə bilər. Bu, adətən, isti yemək plastikə qoyulduqda və ya mikrodalğalı sobada qızdırıldıqda baş verir. Şüşə qablar qida ilə təmasda olan arzuolunmaz, zəhərli kimyəvi maddələri sızdırmaz. Şüşə inert və məsaməli olmayan təbii materialdır. Şüşə qablarda heç bir sızma yoxdur və təkrar istifadə etmək təhlükəsizdir. Həmçinin, dəfələrlə istifadədən sonra qabdan qəribə kimyəvi və ya plastik iyi gəlirsə, onu atmaq lazımdır".
Sevinc