Gündəlik qida rasionumuzda önəmli yer tutan yağların mənşəyi hər zaman müzakirə edilib.
Bir çox qida məhsullarında palma yağından istifadə edilir.
Palma yağının insan səhhətinə ziyanlı olduğu iddia olunur.
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, Azərbaycanda satılan kərə yağlarının heç biri standartlara uyğun deyil:
“Palma və müxtəlif bitki yağları buna misaldır. Yağların həddən artıq qızardılması, dağ edilməsi nəticəsində konseregen tipli maddələr əmələ gəlir. Onlar da çökərək damar divarlarını qalınlaşdırır. Ürək-damar xəstəliklərinə səbəb olur. Bu gün xərçəng xəstəliyinin artmasına səbəb ölkədə qidalanma məsələsidir. Onların da bir hissəsi yağların payına düşür. Yağlarla çox ehtiyatlı olmaq lazımdır. Onlar insanlarda xüsusi asılılıq yaradır. Bu da uzun müddət istifadə etdiyimiz, öyrəşdiyimiz qida rasionumuza ziddir”.
Sevinc