Azərbaycanda əhalinin ilk tibbi yardım barədə məlumat səviyyəsi necədir?

SAĞLAMLIQ
11:08 / 26.08.2025
51

"Əfsuslar olsun ki, ölkəmizdə məişət şəraitində ilk tibbi yardımı göstərmək üçün əhalinin təsəvvürü həddindən artıq aşağı səviyyədədir". 

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, vətəndaşların böyük əksəriyyəti ilk tibbi yardım barədə məlumatlı deyil:

"Hətta bir çox birinci dərəcəli postlarda belə bu göstərici qənaətbəxş deyil. Məsələn, hava limanı və ya vağzallarda işləyən şəxslərin belə ilk tibbi yardım göstərmək üçün müəyyən prosedurları düzgün yerinə yetirib-yetirməmələri sual altındadır. 

Əslində, oralarda defibrilyator və başqa elektron aparatlar var. Həmin yerlərdəki işçilər də sözügedən aparatların istifadə qaydalarını yaxşı bilməlidirlər. Onlar çünki avtomatikdir, bəzi hallarda həkim olmadan da özündən getmiş insanı ayıltmaq üçün həmin aparatlardan istifadə edilməlidir".

380531

Ekspert qeyd edib ki, bəzi mühüm yerlərdə isə belə aparatlar ümumiyyətlə yoxdur:

"Yəni mühüm yerlərdə belə ilk yardım aparatları olmur, işçilər həmin an necə davranacaqlarını bilmirlər. Ona görə ev şəraitində də tibbi yardım biliyi minimum səviyyəsindədir. 

Ümumiyyətlə, nə zaman ilkin tibbi yardımla bağlı televiziya və digər informasiya vasitələri ilə bağlı məlumat yayımlandı ki, insanlar onu görsün? Bununla bağlı düzgün təbliğat aparılmır". 

Həkim sözlərini belə yekunlaşdırıb:

"Belə maarifləndirici kampaniya aparılmadığı üçün istər ev, istərsə də iş şəraitindəki insanlar tibii yardım barədə anlayışsız olurlar. Əgər bu barədə insanlar məlumatlandırılsaydı, ilkin tibbi yardıma hazırlıq səviyyəsi çox aşağı olmazdı. Yəni, hazırda ölkəmizdə əhalinin ilkin tibbi yardım biliyi və bacarığı olduqca zəifdir". 

Pərviz

0