Səhər yeməyi məhsulları dedikdə ağla ilk gələn pendirdir.
Demək olar ki, hər kəs tərəfindən sevilən bu süd məhsulu bütün yaş qrupunda olan insanların sağlam qidalanma seçimlərinə daxildir.
Maraqlıdır, ağ pendir daha faydalıdır yoxsa sarı?
Hit.az xəbər verir ki, ağ pendirlə Holland pendiri - hər ikisi süddən hazırlansa da, faydaları bir-birindən fərqlənir. Ağ pendir hazırlanan zaman südün istiliyi 85-90 dərəcə, özünəməxsus teksturası olan Holland pendirində isə bu göstərici 60-65 dərəcədir. Bu isə onu göstərir ki, Holland pendiri ağ pendirlə müqayisədə daha faydalıdır. Holland pendirinin tərkibi kalsium və sink ilə zəngindir.
Ağ pendirin tərkibində orqanların sağlamlığı üçün həyati əhəmiyyət kəsb edən B6 və B12 vitaminlər var. Bütün bu vitaminlərlə yanaşı, orqanizmin ehtiyac duyduğu tiamin, riboflavin, niasin, folat və pantotenik turşu da var. Ancaq onu da nəzərə almaq lazımdır ki, ağ pendirin həddindən artıq istehlakı tərkibindəki natrium səbəbiylə yüksək qan təzyiqinə gətirib çıxara bilər. Həmçinin , yağ baxımından zəngin qidalar arasında olduğu üçün həddindən artıq istehlakı ürək-damar xəstəliklərinə də səbəb ola bilər.
Sevinc