Hazırda ailə dəyərləri necə qorunur?

SAĞLAMLIQ
18:18 / 26.08.2025
42

Son illər əsasən cəmiyyətin gənc kəsiminin "avropalaşmaq" istəyi min illərin köklü adətlərinə yeni ab-hava qatmaqdadır.

Sağlam ailəsi, dərin köklərə malik cəmiyyəti olan Azərbaycanın mənəvi dəyərlərinin yeniləşməsinə ehtiyac varmı?

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, Azərbaycanın ailə modeli, ailə institutu ölkənin ən böyük mənəvi dəyərlərindən biridir. Gərək bilək ki, ən böyük mənəvi dəyərimiz ailə institutudur və onu qorumalıyıq:

"Azərbaycan qədim xalq adət-ənənələri, milli-mənəvi dəyərləri əsasında formalaşmış dövlətdir. Amma bu və ya digər səbəblər üzündən cəmiyyətin bəzi üzvləri tərəfindən bu dəyərlər göz önünə alınmır və sonda xoşagəlməz hallar baş verir. Bu hallar isə, ilk növbədə ailələrə, daha sonra cəmiyyətə təsir göstərir. Bu gün, bütün dünyada olduğu kimi, Azərbaycanda da boşananların sayı artır". 

Sevinc

0