Uşaqların gec danışmasının və yeriməsinin səbəbi

SAĞLAMLIQ
20:13 / 27.08.2025
43

Bir yaşında olan uşaqlar bir neçə sözü təkrarlamalıdır.

İki yaşın sonunda isə onlar sərbəst gəzməklə yanaşı, daha mürəkkəb və incə hərəkətləri edirlər.

Həmçinin, söz ehtiyatları çoxalmış olur, kəlmələr və cümlələr qururlar. 

Artıq 2 yaşda ifadəli və 3 yaşda isə əlaqəli nitqin formalaşmaması onlarda nitqin inkişafdan qalmasını göstərir.

Ancaq bəzi uşaqlarda nitq və yeriyiş ləngiyir. 

Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, uşaqlar arasında nitq pozğunluğu həddindən artıq geniş yayılıb: 

"Hamiləliyi ağır keçən qadınlar daimi olaraq, həkim müayinəsindən keçməlidirlər. Nitqdə olan pozğunluq daha çox 2 yaşdan sonra özünü göstərməyə başlayır. Çünki , bu yaşda uşaq bir sıra sözləri deməli, hətta cümlə qurmağı bacarmalıdır, deyilənləri başa düşməlidir və s. Bunlar yoxdursa, onda gərək həmin uşaq ciddi müayinə olunsun.

Uşaqların yeriməsinin gecikməsinin səbəbi valideynlərlə bağlıdır. 9 aylıq uşaq sərbəst durmalıdır, dayanmalıdır. 6 aylıq uşaq sərbəst oturmalı, 7-8 ayında isə iməkləməlidir. Uşaq ayına və yaşına nisbətən geridə qalırsa, artıq valideyn mütəxəssisə müraciət etməlidir".

Sevinc

0