Bazarda, küçələrdə meyvə qurularının, müxtəlif növ quru çərəzlərin qablaşdırılmadan açıq şəkildə satıldığına rast gəlirik.
Ancaq gigiyenik cəhətdən çərəzlərin açıq səkildə satışı düzgün deyil.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, açıq şəkildə satılan quru meyvələr və çərəzlər qaraciyər xərçəngi risqi daşıyır. Çünki, bu məhsullar istehsal zamanı göbələk və bakteriyalardan qorunmaq üçün bir sıra maddələrin təsirinə məruz qalırlar. Bu maddələr isə birbaşa olaraq qaraciyərə pis təsir edir:
“Çərəzlərin açıq halda, küçədə, yol kənarında satılması təhlükəlidir. Yoldan keçən maşınların tozu, mikrobu, ətrafdan keçən insanlar həmin yeyintini təhlükəli hala salır. Yaxşı olar ki, həmin çərəzlərin alanlar yuyub, qurudub elə istifadə etsin ya da marketlərdən ağzı bağlı qablaşdırmalardan alsın".
Sevinc