Antibiotik istifadə edərkən nələrə diqqət olunmalıdır? - AÇIQLAMA

SAĞLAMLIQ
13:10 / 28.08.2025
61

Bir çox hallarda antibiotiklərdən istifadə olunur. 

İnsanlar əksər xəstəliklərlə mübarizədə onlara üz tuturlar. Bəzən ağır, bəzən də yüngül xəstəliklər zamanı antibiotikdən istifadə edirlər. Həmçinin, əməliyyatlar zamanı da bu üsula əl atılır. İnsanlar adətən tez sağalmaq üçün antibiotikə yönəlirlər. 

Bəs antibiotik istifadə edərkən nələrə diqqət olunmalıdır? 

Mövzu ilə bağlı infeksionist Ləman Qalimova Hit.az-a açıqlama verib. O bildirib ki, antibiotiklər əsasən bakterial infeksiyalarda istifadə olunur:
"Adətən viral xəstəlik tutan şəxslər antibiotikdən istifadə edirlər. Ondan qızdırmanı salmaq, müalicə və bakterial infeksiyalara qarşı istifadə olunur".

380667

Lakin həkim vurğulayıb ki, kimdənsə eşidib antibiotik istifadə etmək olmaz:

"Məsələn, kimsə qızdırması olan bir nəfərin antibiotik içib sağladığını eşidir. Həmin şəxs də xəstələnəndə belə nümunə eşitdiyi üçün antibiotikə üz tutur. Lakin bu, onun ziyanına da ola bilər".

Ləman Qalimova diqqətə çatdırıb ki, infeksiyaya və xəstəliyə təsir etməyən antibiotiklər də olur:

"Nəzərə almaq lazımdır ki, bəzi bakteriyalar müqavimət göstərə bilir. Yəni müqavimət göstərən mikroorqanizmdə bakterial infeksiya olsa belə, onu müalicə etmək çox çətinləşir. Həm xərc, həm də müqavimət göstərən bakteriyalar artır. Bundan başqa, əldəki antibiotik rezervi də bitir". 

İnfeksionistin sözlərinə görə, bunun ölümə səbəb olma ehtimalı belə var:

"Unutmayın ki, bəzi antibiotiklər çox ciddi fəsadlara yol aça bilər. Hətta ölümə də səbəb olma ehtimalı var. Xüsusilə müqavimət göstərən bakteriya olanda müalicə olduqca mürəkkəb keçir. 

Bəzi hallarda xəstə həyatını sırf o infeksiyaya görə də itirə bilir. Bu kimi halların yaşanmaması üçün antibiotikin özbaşına istifadəsi yolverilməzdir. İstifadə olunacaqsa, onu mütləq şəkildə həkim və ya infeksionist yazmalıdır".

Pərviz
 

0