Qadınlarda sonsuzluğun səbəbi nədir?

SAĞLAMLIQ
19:10 / 28.08.2025
52

Övlad sahibi olmaq hər kəsin arzusudur. Ancaq bu istək bəzən fizioloji baxımdan mümkün olmur. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, sonsuzluğu aşkar olunan qadın vaxtında müalicə üçün həkimə müraciət etsə, qadın sonsuz olmaz:

“Burada birinci hal hormonal disbalansdır ki, bəzi qızlarda stress nəticəsində, düzgün işləmək, yuxu və qidalanma rejimini qorumayanda bu problem aşkarlanır. Nisbi aradan qaldırılacaq sonsuzluq səbəblərindən biri də infeksion xəstəliklərdir. Qızlar bəzən həyat tərzlərinə diqqət etmədikdə onlarda infeksion və ya qeyri-infeksion xəstəliklər əmələ gəlir. Bu da xroniki formaya keçəndə daxili cinsiyyət üzvlərində anotomik dəyişikliklərə səbəb olur. Borularda keçməzlik, uşaqlığın daxili endometrium qatında patoloji hallar yaradır. Nəticədə isə bunlar normal yumurtanın mayalanması və inkişafına mane olur. Çox zaman qızlarımız məhz formada qalmaq üçün səhər yemək yemir, yağlı, heyvan mənşəli qidalardan imtina edirlər. 

Amma unutmaq olmaz ki, reproduktiv funksiyalara səbəb olan qadın hormonları təbii heyvan piyi və xolestoroldan əmələ gəlir. Xolestorol da kərə yağı, qoyun əti kimi qidalarda daha çox olur. Gündəlik qidada həm şəkər, həm də karbohidrat olmalıdır. Yağlı qidalardan qaçmaqla bədənlərində ana olmaq üçün lazım olan hormonların inkişafından uzaqlaşırlar. Həmçinin, qızlarımız axşam saat 23:00-dan sonra yuxuya diqqət etməlidirlər. Bu saatda qadın yuxuda olanda hormonlar bərpa edilir, baş-beyində bütün orqanizmi tənzimləyən xüsusi maddələr əmələ gəlir. Çox zaman dərslər və digər səbəbləri əsas gətirərək yuxu rejimlərini pozurlar. Gündə 3-4 saat yatan, gün ərzində daim aktiv olan qadınlarda xroniki stress əmələ gəlir. Bu da normal yumurta hüceyrəsi ifraz edib, normal hamilə qalmağa imkan vermir. Həmçinin, çoxsaylı abortlar keçirən qadınlarda ikincili sonsuzluğa daha çox rast gəlinir. Artıq arzuolunan hamiləliyi əldə etmək mümkün olmur. Çünki , uşaqlığın daxili zədələnir. Bu da hamiləliyin normal gedişatının qarşısını alır".

Sevinc

0