Son illər ərzində psixi xəstəliklərdən əziyyət çəkənlərin sayının artması təəssüf doğurur.
Qadınlarla müqayisədə kişilər arasında psixi xəstəliklərdən əziyyət çəkənlərin sayı daha çoxdur.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, psixi problemi olan insan da digərləri kimi normal insandır:
"Azərbaycanda bu məsələyə yanaşma fərqlidir. Psixi problemi olan o demək deyil ki, elə ancaq psixotrop dərmanlar qəbul etməli, ağır doza altında gün ərzində o, yalnız dərmanlar vasitəsilə sakitləşdirilməlidir. Bu, müalicə metodu deyil. Panik pozuntulardan əziyyət çəkən insanlarınsa 2-3 dəqiqə ərzində sanki nəfəsləri dayanır. İnsan həmin an fikirləşir ki, mən ya öləcəyəm, ya da dəli olacağam. 2-3 dəqiqədən sonra bu hal ötüb keçir".
Kişilər arasında psixi xəstəliklərin artmasına gəlincə, psixoloq qeyd edib ki, insanın beynində formalaşan bütün düşüncələr davranışları sayəsində qarşı tərəfə sərgilənir:
“Kişilərə isə daha çox rasionallıq xasdır. Dolayısı ilə qadın davranışlarının kökündə irrasionallıq və emosionallıq dayanırsa, təbii ki, onlarda emosionallıq kişilərdən daha çoxdur. Məlumdur ki, qadınlar kişilərə nisbətən daha tez depressiyadan çıxır".
Sevinc