Sağlam olmaq üçün bəzi qaydalara əməl etmək lazımdır.
Hit.az həmin qaydaları təqdim edir.
Yeməkdən sonra siqaret çəkmək olmaz.
Yeməkdən sonra çəkilən 1 siqaret 10 siqaretin verdiyi ziyanı verir. Bu isə xərçəng riskini artırır.
Yeməkdən sonra çay içilməməlidir. Çay yarpaqlarında yüksək miqdarda turşu olduğu üçün qidada olan proteinlərin mənimsənilməsini çətinləşdirir.
Vitaminlərin orqanizm üçün faydalılığını azaldır.
Yeməkdən dərhal sonra yatmaq olmaz. Bu zaman həzm prosesi çətinləşir, bağırsaqlarda və mədədə problemlər yaranır. Həzmdə yaranan problemlər çəki artımı ilə nəticələnər ki, bu da arzuolunmazdır.
Təmiz havada gəzinti yeməkdən sonra faydalıdır, bu zaman kalorilər əriyir. Heç olmasa 15 dəqiqə gözlənilməlidir ki, yemək bir az həzm olunsun.
Masa arxasında dərhal durub, gümrah şəkildə yürüyüş edilsə və ya iş dalınca gedilsə, o zaman həzm etməmə, turşu reflyuksu və mədə xorası xəstəlikləri yarana bilər.
Sevinc