Bu gün əksər qaz azlığından (anemiyadan) əziyyət çəkir. Bunun isə müxtəlif səbəbləri var.
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, Azərbaycanda qan azlığından əziyyət çəkən xəstələrin sayı kifayət qədər çoxdur:
"Anemiyanın artmasının əsas səbəbi qida ilə bağlıdır. Təbii ki, anadangəlmə faktorlar da burada mühüm rol oynayır. Əhalinin böyük əksəriyyəti düzgün qidalanmır. Keyfiyyətsiz qidalardan istifadəyə üstünlük verilməsi əsas faktorlardan biridir. Uşaqlar arasında aparılan monitorinq göstərir ki, valideynlər aşağı keyfiyyət parametrlərinə malik olan süni qidalardan geniş istifadə edirlər. Meyvə və tərəvəzdən istifadə çox aşağı səviyyədədir. Ölkədə ciddi şəkildə qida təhlükəsizliyi problemi var. Bu məsələ üzərində ciddi iş aparılmalıdır. Həmçinin , stress, ekoloji çirklənmə də anemiya xəstəliyinin əsas səbəblərindəndir. Millətimizin gələcəyi olan uşaqların sağlamlığının qorunması istiqamətində ciddi iş aparılmalıdır".
Sevinc