Hazırda artıq çəkidən əziyyət çəkən insanlara tez-tez rast gəlinir.
Statistik məlumatlara görə Azərbaycanda reproduktiv yaş həddində olan qadınların 30-60 %-i artıq çəkidən, 25-27%-i isə piylənmədən əziyyət çəkir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a qeyd edib ki, artıq çəkinin əsas yaranma səbəbi qeyri-düzgün qidalanma və qeyri-normal həyat tərzidir:
"Artıq çəkini yaradan səbəblərdən biri də stress və yorğunluqdur ki, bu əsasən qadınlar arasında artıq çəkiyə səbəb olur. Çünki qadınlar, adətən, narahatlıq səbəbindən daha çox qida qəbul edirlər. Qadınların və kişilərin stress faktoruna münasibətləri müxtəlifdir. Kişilər arasında streslə yaranan artıq çəki problemi ona görə təsadüfən rast gəlinir ki, kişilərin əksəriyyəti siqaret çəkir. Qəbul edilən nikotin orqanizmdəki kolorini sağlam şəkildə xaric etmir, əksinə kalori parçalanır və orqanizm kolorini qəbul etməkdə çətinlik çəkir. Onu da nəzərə almaq lazımdır ki, artıq çəki ömrü qısaldır. Artıq çəki şəkərli diabet, ürək-damar xəstəlikləri üçün təhlükəli hesab olunur. Bu həm də ömrün uzunluğuna neqativ təsir edir. Müxtəlif prosslərin daha erkən baş verməsinə gətirib çıxarır, əmək qabiliyyətini aşağı salır .
Sevinc