Adı qəribə səslənsə də dünyada ən bahalı pendir "kiflənmış pendir" sayılır. Bu pendir növü bahalı masaların bəzəyi sayılır.
Araşdırmalar zamanı məlum olub ki, bu pendir növü olduqca sağlıq üçün faydalıdır.
Hit.az xəbər verir ki, kalsiumla zəngin olan rokfor pendiri sümüklərin inkişafı və diş sağlamlığı üçün önəmlidir. Osteoparoz riskini də azladır. İçindəki kif sayəsində təbii antibiotik təsiri göstərərək xəstəliklərə qarşı müqaviməti artırır. Proteinlə zəngin olduğu üçün uzun müddət toxluq hissi verir. Ancaq həddindən artıq pendir istehlakı ürək sağlamlığına zərər verə bilə bilər, doymuş yağ və natrium qəbulunu artıra bilər. Xüsusilə yüksək kalorili pendir növləri ehtiyatla istehlak edilməlidir.
Sevinc