Qoz hər kəsin bildiyi kimi bir çox faydası olan quru çərəzdir.
Yaddaş itkisindən tutmuş ürək və damar xəstəliklərinə qədər bir çox xəstəliyə qarşı şəfa olan qozun qabığı da bir o qədər faydalıdır.
Böyük ehtimal əksəriyyətimiz qozu yedikdən sonra qabığını və içində yarpağa bənzəyən parçaları atırıq. Ancaq qoz qabığının qaynadılması nəticəsində əldə edilən suyun və içindəki vitamin şəfa deposu sayılırmış.
Hit.az xəbər verir ki, qoz qabığı dırnaq və dəri baxımında tam bir möcüzədir.
Bir çox kosmetik məhsullarda istifadə edilir.
Soyuqdəyməyə və öskürəyə qarşı olduqca şəfalıdır.
Bağırsaq qurdlarının təmizlənməsində faydalıdır. D vitamini əskikliyinə, sızanaq problemləri və dəri ləkələrinə qarşı faydalıdır.
Qoz qabığı saç ağarması problemi yaşayanlar üçün ağarmanı aradan qaldırıcı xüsusiyyətə malikdir. Saç tökülmələrini və kəpək problemini önləyir.
Sevinc