Gel dırnaq-boyalar Azərbaycanda da qadağan edilə bilər?

SAĞLAMLIQ
20:42 / 03.09.2025
48

Dəblə ayaqlaşmaq istəyən hər bir xanım il ərzində bir neçə dəfə də olsa, bu məhsullardan istifadə edir.
 
Bu tip boyalar 3-4 həftə boyunca dırnağa yapışıb, qalır. Vaxt tamam olanda isə gel boya yenisi ilə əvəzlənir. Boyadan imtina edəndə, dırnaqlar sürətlə zəifləyib qırılmağa, parlaqlığını itirməyə başlayır.

Bunun nə dərəcədə ziyanlı olduğu mütəxəssislər tərəfindən tənqid edilir. 

Hətta bu yaxınlarda Avropa Birliyi (AB) 1 sentyabrdan etibarən manikürdə istifadə edilən TPO (Trimethylbenzoyl diphenylphosphine oxide)-nun istifadəsini qadağan edib.

Qərarın səbəbi maddənin reproduktiv sağlamlığa potensial zərərli olmasıdır. 

Belə bir qərar Azərbaycanda da tətbiq edilə bilərmi? 

Kosmetoloq Aytəkin İsmayılova Hit.az-a deyib ki, gellakların düzgün istifadə edilməməsi gələcəkdə dəri xərçənginə gətirib çıxara bilər: 

“Dırnaq boyalarının tərkibində kimyəvi maddələr olduğu üçün dırnağa müəyyən qədər təsir göstərə bilir. Müxtəlif xəstəlik və virusların yayılması dırnaqdan başladığı üçün, daha diqqətli olmaq lazımdır. Dırnağın qurudulması zamanı da diqqətli olmaq lazımdır. Ultrabənövşəyi şüalar hüceyrə ölümünə gətirib çıxara bilər. Və bu da gələcəkdə dəri xərçəngi olma ehtimalını artıra bilir. İnanmıram ki, bizdə belə bir qadağa tətbiq edilsin. Ancaq bu işin yalnız peşəkarlar tərəfindən həyata keçirilməsinə nəzarət edilməlidir”.

Sevinc

0