Dəfnə ağacında bitən və özünəməxsus qoxusu ilə tanınan dəfnə yarpağından qədim zamanlardan alternativ təbabətdə və kosmetikada istifadə olunur.
Hit.az xəbər verir ki, dəfnə yarpağı antiseptik xüsusiyyətlərə malikdir və orqanizmdə parazitar göbələk xəstəliklərinə qarşı müdafiə funksiyasını yerinə yetirir.
Bununla yanaşı, qızdırma, öskürək, bronxit, qrip, soyuqdəymə, ürəkbulanma və qusmanın müalicəsində üstünlük verilir.
Dəfnə yarpağı qan şəkərini də tənzimləyir, xolesterin və qan təzyiqinə faydalıdır, hüceyrə zədələnməsinin qarşısını alır.
Sevinc