Avtomobildə ürəkbulanmadan qurtulmağın qeyri-adi yolu tapıldı

SAĞLAMLIQ
09:43 / 04.09.2025
65

Beynəlxalq alimlər qrupu yolda ürəkbulanma problemini yüngülləşdirməyin yeni üsulunu müəyyənləşdirib. Çəlum olub ki, musiqi insanın özünü daha tez toparlamasına kömək edə bilər. 

HİT.az xəbər verir ki, araşdırma "Frontiers in Human Neuroscience" jurnalında dərc olunub.

Xüsusi avtomobil simulyatoru vasitəsilə aparılan təcrübələr göstərib ki, ən güclü təsiri şən melodiyalar (simptomların 57,3% azalması) və sakit musiqilər (56,7%) göstərir. Əksinə, kədərli musiqilər heç bir musiqi dinləmədən sadəcə istirahət etməkdən daha zəif təsir edib: simptomlar müvafiq olaraq 40% və 43,3% azalıb.

Tədqiqatın müəllifi, Cənubi-Qərb universitetinin alimi Sitsun Yue qeyd edib: "Musiqi qeyri-invaziv, ucuz və fərdiləşdirilmiş bir yanaşmadır. Dərmanlardan fərqli olaraq, onda yuxululuq kimi yan təsirlər yoxdur".

Araşdırma həm də göstərib ki, ürəkbulanma gücləndikcə, elektroensefaloqramma arxa payda daha sadə siqnallar qeydə alıb. İnsanın vəziyyəti yaxşılaşdıqca bu siqnallar normaya qayıdıb.

Alimlərin qənaətinə görə, sakit musiqi gərginliyi azaldaraq ürəkbulanmanı yüngülləşdirir, şən musiqi isə diqqəti yayındıraraq beynin mükafat sistemini aktivləşdirir. Kədərli musiqi isə əksinə, mənfi emosiyaları artıraraq narahatlığı gücləndirir.

Tədqiqatçılar indi musiqinin təsirini müxtəlif nəqliyyat növlərində sınamağı və insanların musiqi zövqlərini nəzərə almağı planlaşdırırlar.

Samir

0