Tozlu havanın fəsadı…

SAĞLAMLIQ
20:00 / 04.09.2025
46

Ölkə ərazisində hava şəraitinin dəyişməsi, temperaturun aşağı düşməsi və tozla müşahidə olunan küləkli hava şəraitinin başlaması bir çox insanlara mənfi təsir edir.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, bu cür hava şəraitinin meteohəssas və meteohəssas olmayan insanlara, o cümlədən allergik riniti olan insanlara mənfi təsir göstərir:

“Tozla müşahidə olunan hava şəraiti daha çox allergik məsələləri ortaya çıxara bilir, yəni allergik riniti olan insanlarda allergik problemlərin yaranmasına səbəb olur. Onu da deyim ki, atmosfer təzyiqi dəyişdikdə və nəticə etibarilə insanın qan təzyiqi dəyişir,  yüksəlir və ya aşağı düşür. Belə olan halda dərmanın dozası da tənzimlənməlidir”.

Sevinc

0