Yay və yaz aylarında arı sancması halı daha çox müşahidə olunur.
Bəziləri arı sancmasına adi hal kimi baxsa da, bəzən bu hal ölümə belə səbəb olur.
Bu günlərdə İsmayıllıda 61 yaşlı kişi arı sancmasından ölüb.
Hadisə sentyabrın 2-də İsmayıllı rayonunun Mican kəndində qeydə alınıb.
Kənd sakini, 61 yaşlı Murad Hümmətov, yaşadığı evin həyətində dilindən arı sancması nəticəsində vəfat edib.
Həkim Rasif Bağırov Hit.az-a deyib ki, arı vuran zaman, kimlərdəsə soporos halı kifayət qədər inkişaf etməyibsə, bu proses çətin keçir:
“Bu sistem olmadıqda isə güclü reaksiya nəticəsində ölüm halları baş verə bilər. Orqanizmdə bu sistem normal olduqda, arı sancması hər hansı fəsad yaratmır. Ümumiyyətlə, insan bədənində belə hadisələrə qarşı hazır madə olduqda problem yaranmır. Ümumiyyətlə, insanlar arı sancmaları zamanı diqqətli olmalıdırlar. Arı sancması uşaqlar, hamilə qadınlar və yaşlı adamlar üçün risklidir”.
Sevinc