Sosial şəbəkələrdə “sonsuzluğa çarə” tapdığını iddia edən həkimlərin sayı az deyil.
Həmin həkimlər övlad həsrəti çəkən valideynlərə ümid işığı olduğunu iddia edir.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, insan sağlamlığı ilə bağlı sosial şəbəkədə məlumat paylaşılması düzgün deyil:
“Bu cür paylaşımlar ictimaiyyətə psixoloji təzyiq göstərir. İnsanlar tez nəticə əldə etmək ümidi ilə elmi müalicə üsullarından uzaqlaşa və təsdiqlənməmiş vasitələrə yönələ bilərlər. Tibb qadına və kişiyə sonsuz diaqnozu qoyur, ancaq instagramda özünü reklam edən bir həkim tibbə qalib gəldiyini elan edir. Çarəsiz qalan şəxs həmin “həkimə” üz tutur, onun mənasız müalicələrinə dünyanın pulunu sərf edir və nəticə olmur. Bu səbəbdən də sosial şəbəkədə özünü reklam edən həkimlərə nəzarət artırılmalıdır. İnsanların ümidi, hissləri ilə oynamaq olmaz”.
Sevinc