Təbiətə gözəllik verən yaşıllıqdır.
Bu gözəlliyə əlvan rəngli gü l-çiçəyin qarışması isə ətrafa füsunkar bir görünüş bəxş edir.
Elə güllər də var ki, onlardan təkcə bəzək kolu kimi yox, gündəlik məişətimizdə həm qida, həm də müalicəvi təsirinə görə dərman kimi də istifadə edirik.
Bu güllərdən biri də qızılgüldür.
Hit.az xəbər verir ki, tarixən qızılgül həm də xalq təbabətində müxtəlif xəstəlikləri müalicə edən vasitə olub.
Qızılgül ürək-damar sisteminə çox müsbət təsir edir, ürək əzələsini möhkəmləndirir, aterosklerozun qarşısını alır, damarlarda spazmları azaldır.
Bununla yanaşı, baş ağrısını və menstruasiya ağrılarını azaldır və orqanizmi cavanlaşdırır və tonuslaşdırır.
Qızılgül kosmetologiyada çox geniş istifadə olunur.
Sevinc