Qaraciyər piylənməsinə səbəb nədir?

SAĞLAMLIQ
19:44 / 08.09.2025
66

Bu gün əksər insanlar qaraciyər piylənməsindən əziyyət çəkir. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, qaraciyər piylənməsinin ən geniş  yayılmış səbəbi hədsiz alkoqol qəbuludur:

“Bununla yanaşı, hədsiz köklük, şəkərli məhsullardan çox istifadə, şəkərli diabet, oturaq həyat tərzi, bəzi dərman maddələri və genetik səbəblərdən də belə hallar baş verə bilir. Qaraciyər piylənməsi orqanizmin çox miqdarda yağ yaratması və ya yağların lazımi qədər metabolizmə məruz qalmaması ilə əmələ gəlir. Piylənmə qaraciyərin normal işləməsini çətinləşdirə və ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bu xəstəlikdən əziyyət çəkənlər pəhriz saxlamalıdır, yağlı qidalardan uzaq durmalıdır və idmanla məşğul olmalıdır”.

Sevinc

0