Dişləri təbii yolla da ağartmaq mümkündür?

SAĞLAMLIQ
22:56 / 09.09.2025
48

Dişlərin ağardılması üçün kimyəvi prosedurlar icra edilir.

Ancaq dişləri təbii yolla da ağartmaq mümkündür.

Hit.az xəbər verir ki, dişlərin ağardılmasında faydalı olan bu təbii məhsullar tez-tez istifadə olunduqda diş minasına zərər verərək, çürüklərin yaranmasının sürətləndirə bilər. 

Bu səbəbdən də diqqətli şəkildə istifadə olunmalıdır. Ən sağlam ağardıcı məhsullar isə lifli məhsullardır.

Süd - çənə sümüklərini gücləndirib diş əti xəstəliyindən qoruyur. Kalsium baxımından çox əhəmiyyətlidir.

C vitamini ilə bol olan bu qidalar dişin sərt təbəqəsini gücləndirir, dişləri turşulara qarşı qoruyur, diş əti iltihabının qarşısını alır, birləşdirici toxumanı gücləndirir, diş ətlərinin sağlam qalmasını təmin edir.

Su ağzın içində yuyucu təsiri əvəzolunmazdır və tüpürcək səviyyəsini yüksək saxlayır. 

Küncüt toxumu dişlərdə bakteriyaların əmələ gəlməsini azaldır və bu səbəbdən də diş əti sağlamlığı üçün böyük əhəmiyyət daşıyır.

Sevinc

0