Sosial şəbəkədən istifadə etməyən insan tapılmaz.
Yaşından, kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəs müxtəlif sosial platformalardan istifadə edir.
Ancaq mütəxəssislər isə davamlı sosial şəbəkədən istifadənin sağlamlıq üçün ziyanlı olduğunu iddia edir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, sosial mediada uzun saatlar keçirmək yaddaşı yorur:
“Diqqət əskikliyi, yaddaş itkisi, zehni yorğunluq və sosial mediada sərf olunan saatlar artdıqca bu problemlər artmağa başlayır və beyin sağlamlığı təsirlənir. Sosial mediada saatlarla vaxt keçirmək real həyatdan qopmağa və virtual aləmdə yaşamağa çevrilir. Uzun müddət sosial şəbəkələrdə vaxt keçirmək insanın tez qocalmasına da səbəb olur”.
Sevinc