Uşaqların immun sistemini necə artırmaq olar?

SAĞLAMLIQ
17:37 / 09.09.2025
63

Hər bir valideynin arzusu övladının sağlam böyüyüb heç vaxt xəstələnməməsidir. Bunun üçün kiçik yaşlardan körpənin immun sistemini gücləndirmək lazımdır.

Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, immun sistemi körpə doğulduğu gündən formalaşmağa başlayır. 5 yaşına qədər olan uşaqlar ətrafdakı infeksiyalara qarşı daha həssas olurlar: 

“İmmunteti qaldırmaq üçün təyin edilən dərmanların isə bədənə heç bir faydası yoxdur.Bununla bağlı uşaqlara yalnız təbii qidalarla yardım edə bilərik. Məsələn, uşaq həftədə üç dəfə ət, yumurta, süd və süd məhsulları yeməlidir, göyərti isə mədə-bağırsaq üçün çox önəmlidir. C vitamini immun sisteni üçün çox önəmli bir vitamindir. Mümkün qədər uşaqın C vitamini ilə zəngin qidalarla, meyvələrlə qidalanması mütləqdir. Qidalanması zəif olan uşaqlara isə vitamin vermək yetərli deyil”.

Sevinc

0