35 yaşdan sonra xanımların uşaq dünyaya gətirmək şansı azalır?

SAĞLAMLIQ
18:59 / 09.09.2025
66

Əvvəllər yaşı 25-i keçən xanımlar ailə qurmurdularsa, onlara “evdə qalıb”, “qarıyıb” deyirdilər. 

Getdikcə nikaha daxil olanların ortalama yaşı artır.

Statistik göstəricilərə əsasən, nikaha daxil olan kişilərin orta yaşı 29-30-a, qadınların isə 25-ə çatıb.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, hazırda xanımların nikaha daxil olma yaşı kifayət qədər yüksəlib: 

“Etiraf etmək lazımdır lo, gec evlilik qadınların ana olmaq imkanlarına təsir edir. Nəzərə almaq lazımdır ki, 35 yaşdan sonra xanımların uşaq dünyaya gətirmək şansı azalır. Son illər evlilik yaşı dəyişib. Qadın və kişilər öz üzərində dayanmaq istədiyi üçün gec ailə qururlar. Sovet dönəmində qadınlar elə də karyera həvəsində deyil, ancaq indi qadınlarımız yüksək postlarda çalışır. Bu isə yaxşı haldır. Ancaq onların ana olma şansı azalır. Təəssüf ki, fizioloji baxımdan ana olmaq üçün müəyyən yaş dövrü önəmlidir”.

Sevinc

0