Balqabaq dietik və müalicəvi qidalardan hesab edilir.
Onu istənilən yaş qurupunda olan adamlara vermək mümkündür.
Balqabaqdan müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir.
Hit.az xəbər verir ki, balqabaq yağının tərkibində olan vitamin və minerallar onun orqanizm üçün faydalı olduğunu sübut edir.
Balqabaq yağının tərkibində yüksək miqdarda F vitanmini və 80%-dən çox yarımdoymuş yağlar var.
Yağın tərkibində olan A və E vitamini orqanizmə antioksidant təsir bağışlayır. Onun tərkibində olan minerallar, makro və mikro elementlər həzmin yaxşılaşmasına və orqanizmin mineral ehtiyatının bərpa edilməsinə səbəb olur.
Balqabaq yağının tərkibində orqanizm tərəfindən asan sorulan vitamin və minerallar var.
Balqabaq yağı qanda insulin ifrazının artmasına, qanda şəkərin miqdarının normallaşmasına səbəb olur.
Bu yağ sinir, ürək-damar, qan dövranı, sidik ifrazı sisteminin yaxşılşamasına səbəb olur.
Balqabaq yağı qanda fosforun, kalsiumun, dəmirin sintezini nəzarət altında saxlayır. Bu yağ endokrin sistemə də nəzarət edir və hormonların sintezini artırır.
Balqabaq yağının tərkibində olan bioloji aktiv maddələr orqanizmə yarasağaldıcı, iltihabəleyhinə, təsir göstərir. Bu yağ mədə şirəsinin miqdarını normallaşdırır, parazit əleyhinə təsir göstərir.
Sevinc