Yaşından asılı olmayaraq piylənmədən əziyyət çəkənlərin sayı artır.
Diyetoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, insanlar çəkilərinə fikir verməlidir:
“Nəzərə almaq lazımdır ki, piylənmə qaraciyər, ginekoloji xərçəng, süd vəzi və bağırsaq xərçəngi kimi bəzi xərçəng növlərinin inkişafına təkan verir. Artıq yağ mədəaltı vəzi, qaraciyər, öd kisəsi və böyrəklər kimi daxili orqanlarda da toplanır. Bunun fonunda steatohepatit, fibroz, qaraciyər sirrozu, öd kisəsində daş əmələ gəlməsi, böyrək funksiyalarının azalması müşahidə oluna bilər. Bu səbəbdən də insanlar çəkilərini nəzarətdə saxlamalıdır. Ya pəhriz saxlamalı, idman etməli ya da mütəxəsislərə müraciət edib düzgün qidalanmalıdır. Artıq çəki sağlamlığa ziyandır”.
Sevinc