Arıqlama istəyən insanlar rasionundan çörəyi çıxardır.
Həmin insanlar çörək əvəzinə xlebsi istehlak etməyə üstünlük verir.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, çörəyi tamamilə çıxarmaqdansa, doğru növünü seçmək və miqdarına nəzarət etmək daha sağlam yanaşmadır:
“Miqdara nəzarət dedikdə yəni, çörəyi də xlebsini yediyiniz miqdarda yeyilsə, daha az enerji dəyəri qəbul edilər. Xlebsi bəzi hallarda ağ çörəkdən daha yüksək glisemik indeksə malik ola bilər – bu da şəkərin daha tez qalxması və aclığın tez qayıtması deməkdir. Qida normalarına düzgün əməl edilsə arıqlamaq mümkündür”.
Sevinc