Valideynlər qız uşaqlarının ginekoloji müayinə niyə aparmır?

SAĞLAMLIQ
22:36 / 12.09.2025
38

Ailə quran gənclərin ən böyük arzusu övlad sahibi olmaqdır. 

Bəzən isə bu təbii arzu elə xəyal olaraq da qalır.Bütün dünyada gündən-günə artmaqda olan sonsuzluq bəlası neçə-neçə ailəni körpə nəfəsinə həsrət qoyur.

Təəssüf ki, ölkəmizdə də övladsız ailələr var. Ailədə boşanma hallarına rəvac verən ilkin səbəblərdən biri elə sonsuzluqdur.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, qız valideynləri 13-14 yaşından sonra il ərzində övladını ultrasəs müayinəsi etdirməlidir:

“Təəssüflər olsun ki, bəzi valideynlər “USM-də nə işi var?", “həkimə apararam, qızımı ginekoloji masaya çıxarar” düşüncəsilə övladında olan hansısa narahatlıqların müalicəsi üçün həkimdən imtina edirlər. Ümumiyyətlə, valideynlər qız uşaqlarının ginekoloji orqanlarının müayinəsindən qorxurlar. Belə olduğu halda, sonsuzluqdan əziyyət çəkən qızların sayı artır. Məlumat üçün bildirim ki, sonsuzluq əlamətləri erkən yaşlarda müəyyən ediləndə onu aradan qaldırmaq daha asan olur. Qızlar 14 yaşından başlayaraq ginekoloqun nəzarətində olmalıdırlar. Neqativ hal müəyyən olunanda həmin uşaq qan müayinəsinə cəlb olunmalıdır”.

Sevinc
 

0