Çiy ət yemək ziyanlıdır?

SAĞLAMLIQ
21:18 / 12.09.2025
42

Bəzi insanlar çiy ət istehlak etməyi xoşlayır. 

Mütəxəssislər isə çiy ət yeməyin sağlıq üçün ziyanlı olduğunu iddia edir.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, çiy ət, çiy balıqdan istifadə allergik reaksiyalara, qarın ağrılarına, qızdırmaya, ürəkbulanma və digər xoşagəlməz simptomlara yol aça bilər:

"Nəzərə almaq lazımdır ki, çiy ət yeyən insan hepatit E, bağırsaq çöpü, salmonella və digər infeksiyalara yoluxa bilər. Dəniz və okeanlarda yaşayan balıqlar duzlu su sayəsində, demək olar ki, infeksiyaya yoluxmur. Sağlamlıq üçün ət bişirilməlidir".

Sevinc

0