Darçınlı südün sağlamlıq üçün çox faydalı olduğu iddia edilir.
Hit.az xəbər verir ki, kilo problemindən yuxu problemlərinə qədər bir çox xəstəliyə müsbət təsir edərək həyatımızı asanlaşdıran bu qarışığın faydaları saysız-hesabsızdır.
Darçınlı süd tənəffüs xəstəlikləri üçün mükəmməldir. Yatmadan əvvəl istehlak edildikdə boğazı sakitləşdirir.
Yatmadan əvvəl darçınlı süd içmək maddələr mübadiləsini sürətləndirir və orqanizmin çəki artımını tarazlaşdırır.
Bununla yanaşı, həzm sistemini tənzimləyən darçınlı süd qəbizlik kimi problemlərə qarşı mükəmməldir.
Adıçəkilən içki qan şəkərini də tənzimləyir. Müntəzəm olaraq, istehlak edilən darçınlı süd sümüklər üçün də faydalıdır.
Tərkibində yüksək miqdarda kalsium olan darçınlı süd uşaqlar üçün də çox faydalıdır.
Sevinc