Qəhvə saysız-hesabsız faydaları ilə ən çox istehlak edilən isti içkilərdən biridir.
Qəhvə içənlərin səhər oyanan kimi qəhvə içmək vərdişindən sonra bir çox mütəxəssis qəhvənin bədənin bioloji saatına uyğun istehlak edilməsi lazım olduğuna diqqət çəkir.
Dietoloq Leyla Sariyeva Hit.az-a deyib ki, qəhvə günün istənilən vaxtında içilə bilməz:
Hər bir insanın orqanizmi fərqlidir:
“Gec saatlarda içilən qəhvə yuxusuzluğa səbəb ola bilər. Yatmazdan altı saat əvvəl qəhvə içməkdən çəkinmək lazımdır. Bu, qanda kofeinin yarı ömrünün dörd-altı saat arasında dəyişməsi ilə bağlıdır. Ən önəmlisi səhər içilən qəhvədir. Yuxudan oyandıqdan sonra ən azı bir saat qəhvə içmək üçün gözləmək lazımdır. Yaxşı olar ki, günün son qəhvəsi saat 14:00-da için. Bu, daha sağlam yuxu rejimi üçün əhəmiyyətlidir”.
Sevinc