Qədim dövrlərdən insanlar yağış suyundan öz məqsədləri üçün istifadə edirdilər.
Yağış suyu həm içməli, həm də məişət ehtiyacları üçün uyğun hesab olunurdu.
Hit.az xəbər verir ki, yağış suyu cavanlaşdırıcı, müalicəvi xüsusiyyətlərə malikdir.
Yağış suyu yumşaqdır, dəri və saça faydalı təsir göstərir.
Tərkibində xlor və əhəng olmadığı üçün yuyulma və suvarma üçün yaxşı nəticələr verir.
Yağış suyu qidanın daha yaxşı mənimsənilməsinə və həzm olunmasına kömək edə bilər.
Kosmetoloqlar üzünüzü təmiz yağış suyu ilə yumanızı tövsiyə edirlər - bu, kran suyu ilə müqayisədə dərinin nəm tarazlığını daha yaxşı saxlayır və nəmin daha uzun müddət saxlanmasına kömək edir.
Yağışda gəzmək rahatlamağa, ağır gündən sonra stressi atmağa və təbiətdən enerji qazanmağa kömək edir.
Sevinc