Orqanizm üçün ən faydalı meyvələrdən biri də nardır.
Narın nəinki özü, dənələri, hətta qabığı da şəfa mənbəyidir.
Hit.az xəbər verir ki, narın adı “Qurani- Kərim”də keçdiyi üçün, xalq arasında "Cənnət meyvəsi” olaraq da adlandırılır.
Xolestrol və şəkəri tənzimləyən nar, xərçəng hüceyrələrinin inkişafına mane olaraq, ürək sağlamlığının qorunmasında da köməkçi olur.
Nar tərkibində kalium və dəmir mineralı ilə C vitamini kimi bir çox vitamin olan meyvədir. Nar, B1, B2 vitaminləri ilə kalsium və fosfor mineral da saxlayır.
Nar C vitamini, A vitamini və folat kimi vacib qidaları ehtiva edir.
Bu qidalar immunitet sistemini gücləndirməyə və infeksiyalardan qorunmağa kömək edə bilər.
Sevinc