Bir çox insan günə kofeinsiz başlaya bilmir. Səhərki bir fincan qəhvə enerji ilə doldurur, üstəlik, bu içki ürək-damar xəstəliklərindən və xərçəngdən qoruyan antioksidantlarla da zəngindir.
HİT.az xəbər verir ki, buna baxmayaraq, "The Telegraph" qəzetinin yazdığına görə, qəhvə həm də orqanizmə son dərəcə mənfi təsir göstərə bilər.
1. Kofein kortizol səviyyəsini artıra bilər
"Kortizol və adrenalin ifraz etməklə, kofein stress reaksiyasını təqlid edərək, ürək döyüntüsünü, arterial təzyiqi və diqqəti artırır. O, həm də adətən sakitlik və yuxu vəziyyətinə səbəb olan adenozini bloklayır", deyə həkim Anna Simons bildirib.
Əgər siz narahatlıq hiss etdiyiniz və ya kortizol səviyyəsinin təbii pikə çatdığı vaxt - təxminən səhər 7-dən 8-ə qədər - qəhvə içsəniz, mahiyyətcə stress reaksiyasını ikiqat artırırsınız. Bu, narahatlıq, əsəbilik və sıçrayan düşüncələrə səbəb ola bilər.
İdeal olaraq, boş mədədə qəhvə içməkdən çəkinin; oyanandan sonra 60-90 dəqiqə gözləyin. Gündə bir-iki fincan (200 mq-a qədər kofein) normasına riayət edin.
2. Qəhvə dərin yuxunu pozur
"Communications Biology" jurnalında dərc olunmuş bir araşdırma göstərdi ki, yatmadan bir neçə saat əvvəl 200 mq kofein (təxminən iki fincan qəhvə) verilən insanlarda dərin yuxu ilə əlaqəli beyin delta dalğalarında azalma və yuxusuzluqla əlaqəli beta dalğalarında artım müşahidə olunub. Kofein həm də beyni "kritik vəziyyətə" - artıq oyaqlıq vəziyyətinə - salaraq, bərpasına potensial olaraq mane olub.
"Dərin yuxu beyindəki tullantı məhsullarının atılması, toxumaların böyüməsi və bərpası üçün həyati əhəmiyyət kəsb edir. Dərin yuxunun xroniki şəkildə qısalması demans riskini artıra bilər", - deyə həkim Elli Herr bildirib.
Kofein qəbulunun həm vaxtı, həm də dozası vacibdir. "Son tədqiqatlara görə, yatmadan dörd saat əvvəl 100 mq kofein (təxminən bir fincan) adətən yuxuya təsir etmir. Lakin 12 saat ərzində 400 mq yuxunun quruluşunu əhəmiyyətli dərəcədə dəyişə bilər", deyə Herr qeyd edib.
3. Qəhvə xolesterin səviyyəsini artıra bilər
Qəhvə təbii diterpen adlanan birləşmələr ehtiva edir ki, bunlar da arteriyaları tıxayan "pis" növ olan LDL xolesterinin səviyyəsinin yüksəlməsi ilə əlaqələndirilir.
"Filtrlənməmiş qəhvə, məsələn, espresso, xüsusilə də kafehol və kaveol kimi diterpenlərlə zəngindir ki, bunlar da qan axınından LDL (pis) xolesterini çıxaran zülallara təsir edir. Nəticədə LDL səviyyəsi yüksəlir", deyə "HCA Healthcare UK"dən məsləhətçi intervension kardioloq Doktor Sem Firuzi bildirib.
"Qidalanma, metabolizm və ürək-damar xəstəlikləri" üzrə aparılan araşdırmaya görə, ən çox diterpen türk qəhvəsində, ondan sonra isə bəzi növ kofe maşınlarında hazırlanan qəhvə və espressoda olur. Filtrlənmiş və həll olunan qəhvədə onların miqdarı çox azdır, çünki filtrasiya bu birləşmələri aradan qaldırır.
4. Vitaminlərin mənimsənilməsinə mane ola bilər
"Bəzi tədqiqatlar göstərir ki, dəmir baxımından zəngin qida ilə birlikdə hətta bir fincan qəhvə belə vitaminlərin mənimsənilməsini 30-40% azalda bilər. Bu, məsələn, vegetarianlar kimi dəmir çatışmazlığı riski olan insanlar üçün xüsusilə aktualdır", deyə Klivlend Klinikasının (London) qidalanma, dietologiya və terapiya şöbəsinin müdiri Bini Sureş bildirib.
Yemək zamanı, xüsusilə də qızardılmış mal əti və ya mərci supu kimi dəmir baxımından zəngin yeməklər zamanı qəhvədən çəkinmək daha yaxşıdır: "Yeməkdən və ya dərman qəbulundan ən azı bir saat əvvəl və ya sonra gözləyin".
5. Qəhvə həzmi pozur
Kofein həzm hormonlarının istehsalını stimullaşdıraraq, qalın bağırsaqdakı prosesləri sürətləndirir. Qəhvədəki başqa bir maddə olan xlorogen turşusu "qastrokolik reflekti" - qidanın bağırsaq vasitəsilə irəliləməsinə səbəb olan dalğavari reaksiyanı işə salır. Əgər siz həzm problemlərinə meyllisinizsə, bu, simptomların yaranmasına səbəb ola bilər.
Qəhvə həm də köks əmələgəlməsini gücləndirə bilər. Kofein mədə turşusunun istehsalını stimullaşdırır və mədənin yuxarı hissəsindəki klapanı boşaldaraq, reflux riskini artırır.
"Əgər reflux və ya qıcolmalar sizi narahat edirsə, boş mədədə qəhvə içməkdən çəkinin Daha az həcmdə qəhvə və ya adətən daha turş olmayan və daha yaxşı dözülən soyudulmuş qəhvə içməyə çalışın", deyə Sureş qeyd edib.
6. Qəhvə dərmanların təsirinə mane olur
"Kofein bir çox dərmanla qarşılıqlı əlaqədə ola bilər. O, dərmanların təsirini gücləndirə və ya neytrallaşdıra bilər, həm də onların qaraciyərdə emalı prosesini dəyişərək, kofein səviyyəsinin yüksəlməsinə və yan təsirlərin riskinin artmasına səbəb ola bilər", deyə farmakoloq Debora Qreyson bildirir.
Bəli, kofein bir çox ağrıkəsiciyə onların effektivliyini artırmaq üçün əlavə olunur və qəhvə içmək onların təsirini daha da artıra bilər. Qəhvə içməklə dərman qəbulu arasında bir-iki saatlıq interval saxlayın və həkimə məsləhətləşin.
7. Qəhvə sizi mikroplastik təsirinə məruz qoyur
Birminqem Universitetinin alimləri tərəfindən aparılan araşdırma göstərib ki, irmi şəbəkələrdən alınan "take away" qəhvələr əhəmiyyətli miqdarda mikroplastik ehtiva edir - bu, qablaşdırmadan ayrılan ən kiçik plastik hissəciklərdir və orqanizmdə toplana və sağlamlığa zərər verə bilər.
"Əgər siz gedərkən qəhvə içirsinizsə, təkrar istifadə oluna bilən fincan götürün. Paslanmayan poladdan, keramikadan və ya şüşədən hazırlanan qabları seçin və plastik qapaqlardan çəkinin. Evdə keramika və ya paslanmayan poladdan istifadə edin və həmçinin təkrar emal olunmuş kağızdan hazırlanan filtrlərdən istifadə edin", d4yə Plastiklə Çirklənmə ilə Mübarizə Koalisiyasından Erika Çirino bildirib.
Samir