Şəkərli diabet xəstələri hansı meyvələri yeyə bilməz?

SAĞLAMLIQ
17:33 / 22.09.2025
49

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən adamlar sağlam adamlar kimi istədikləri meyvəni istədiyi qədər yeyə bilmir. 

Bəzi meyvələrin tərkibinin zülal, karbohidrat və şəkərlə zəngin olması onu diabet xəstələri üçün əlçatmaz edir. 

Bu meyvələri normadan artıq yemək qanda şəkərin miqdarını artırır.

Hit.az şəkərli diabet xəstələri hansı meyvədən, hansı miqdarda yediklərinə diqqət yetirmələri dair məlumat təqdim edir. 

Şəkər xəstələri  yemiş, qarpız, üzüm, çiyələk, böyürtkən, qreyfurt, ərik, şaftalı, portağal və şirin armud kimi meyvələrdən az miqdarda qəbulu qanda şəkərin miqdarını artırmır. 

Şəkərli diabet xəstələri alma, sitrus meyvələrini, qarağat, motmotu, moruq, çiyələk, kivi, nar kimi meyvələri rahat şəkildə istehlak edə bilər. Bu meyvələr qanda şəkəri qaldırmır. Ancaq banan, əncir, xurma, üzüm kimi meyvələr şəkərli diabet zamanı əks-göstəriş sayılır.

Sevinc

0