Sağlam və gümrah görünmək arzusu kimi müxtəlif səbəblər insanları pəhriz saxlamağa məcbur edir.
Lakin pəhriz saxlayan insanlar nə qədər diqqət etsələr də, istədikləri çəkini heç cür əldə edə bilmirlər.
Bunun səbəbi kimi dükan və apteklərdə satılan pəhriz qidalarının tərkibinin heç də original olmamasıdır.
Dietoloq Leyla Sariyeva Hit.az-a deyib ki, hazırda satılan pəhriz çörəkləri ilə bağlı problemlər var. Çünki , bu çörəklərin tərkibində şəkərin artmasına səbəb ola biləcək maddələr var:
“Mağazalarda diabet xəstələri üçün nəzərdə tutulan şirələr də satılır. Meyvə şirələri şəkər xəstələrinin vəziyyətini daha da ağırlaşdırır. Çünki, meyvə şirəsi şəkəri sürətlə qaldırır. Xəstəyə təbii şirə olmazsa, deməli, şəkər əvəzedicisi qatılmışı da olmaz. Bu gün mağazalarda müxtəlif çeşiddə arıqladıcı məhsullar satılır. Ancaq həmin məhsullar insanı nəinki arıqladır, əksinə istehlak qidadan asılılıq yaradır. Bu isə insan sağlamlığına ziyandır”.
Sevinc