Uşaqlarda bronxial astma xəstəliyi necə müalicə olunmalıdır?

SAĞLAMLIQ
18:59 / 22.09.2025
48

Tənəffüs yollarının ən ağır formalı allergik zədələnməsi bronxial astmadır. Bronxial astmanın əsas əlaməti boğulma tutmalarıdır. 

Astmatik xəstələrdə boğulma tutmasının səbəbi allergiya, infeksion xəstəliklər, kimyəvi, fiziki və emosional faktorlar ola bilər. 

Bəzi xəstə uşaqlarda isə boğulma tutmaları yox, güclü öskürək, fışıltılı xırıldamalar baş verir. 

Tanınmış həkim Rasif Bağırov Hit.az-a deyib ki, ekoloji vəziyyət gərgin olduğuna görə bronxial astma xəstəliyinə tutulan uşaqların sayı artır. Burada rol oynayan başlıca amillərdən biri də süni qidalarla bağlıdır: 

“Süni qidaların tərkibi bir sıra kimyəvi maddələrdən ibarət olduğu üçün uşaqlarda bronxial astma xəstəliyinin yaranmasına şərait yaradır. Bronxial astmanın müalicəsi uzun sürən və mürəkkəb prosesdir. Bronxial astması olan uşaq daim həkim nəzarəti altında olmalı və yalnız tutmaları zamanı deyil, tutmalararası dövrlərdə də müalicə olunmalıdır”.

Sevinc

0