Həkim: "Qripə başdansovdu yanaşmaq olmaz"

SAĞLAMLIQ
17:50 / 23.09.2025
47

Payız mövsümündə qrip halları artır.

Havanın hərarəti dəyişən kimi soyuqdəymə kimi xəstəlikdən əziyyən çəkən insanların sayı artır.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki,temperaturun kəskin aşağı düşdüyü günlərdə düzgün geyim seçilməməsi soyuqdəyməyə səbəb olur, lakin soyuqdəymə daha yüngül formada keçir: 

“Mütləq şəkildə evdə özbaşına müalicədən, ələlxüsus da həkim təyinatı olmadan dərman preparatlarından və antibiotiklərdən istifadədən uzaq durmaq lazımdır. Əks halda, bu, xeyirdən çox zərərə səbəb olur. Qrip yaşından asılı olmayaraq hər bir insana tez yoluxan bir xəstəlikdir. Qrip həm də orqanizmdə cürbəcür xəstəliklərin təməlini qoyur. Çoxları qripə ciddi yanaşmırlar. Hətta insanlar arasında belə bir söz də var. 

“Qripi müalicə etsən də etməsən də 7 gün çəkir”. Onun gəldi-keçər bir xəstəlik olduğunu düşünüb, o qədər də çox ciddi qəbul etmirlər. Ancaq unutmaq olmaz ki, qrip faringit, sinuzit, haymorit kimi xəstəliklərin başlanğıcıdır, həm də böyrək patalogiyası yaradır. Buna görə də qripə başdansovdu yanaşmaq olmaz”.

Sevinc

0