Pomidor şirəsi ən faydalı şirələrdən biri sayılır.
Bu şirə bir çox xəstəliklərin profilaktikası məqsədi ilə təbii müalicəvi vasitə kimi istifadə olunur.
Hit.az xəbər verir ki, kaliumla və maqneziumla zəngin olan pomidor şirəsi ürək-damar sisteminə çox müsbət təsir edir.
Bu şirə ürək əzələsini möhkəmləndirir, damar və kapilyarları qoruyur, damarlarda xolesterininin yığılmasına mane olur, arterial təzyiqi tənzimləyir, qanın tərkibini yaxşılaşdırır.
Həmçinin, varikoz xəstəliyinin qarşısını alır.
Pomidor şirəsi orqanizmə iltihab və mikrob əleyhinə təsir edir. Cavanlaşdırıcı təsirə malikdir, dərinin vəziyyətinə müsbət təsir edir.
Pomidor şirəsi kişilərdə prostat vəzi xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası məqsədi ilə istifadə olunur. Lakin, onu da nəzərə almaq lazımdır ki, ciddi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı bu şirəni qəbul etmək olmaz.
Sevinc