Bəzi insanlar şirniyyatsız gününü təsəvvür edə bilmir.
Həmin insanlar şirniyyatı sevsələr də, artıq çəki almaq qorxusu ilə üzə-üzə qalırlar.
Maraqlıdır, şirniyyat kökəldirmi?
Diyetoloq Leyla Sariyeva Hit.az-a deyib ki, artıq çəki almağa səbəb olan amillərdən biri də şirniyyatdır:
“Şirniyyat, çörək və ya karbohidrat yedikdə onlar qlükozaya çevrilir, qaraciyər qlükozanı qlikogenə çevirib , depo kimi saxlayır. Köklüyün əsas səbəbi ehtiyat üçün dəri altında yığılmış yağlardır. Bu ehtiyat orqanizm üçün dərialtı toxumadır. Bilirik bizə nə qədər enerji lazımdır və bunu balanslaşdıra bilərik, lakin orqanizm düşüncəmizə görə iş görmür. Çox yeyiriksə, orqanizm elə bilir ki, bizə bu lazımdır və bunu xərcləyəcəyik”.
Sevinc