Sentyabr ayının gəlməsi ilə birlikdə milyonlarla uşaq yeni təhsil ilinə başlayır. Məktəbə qayıdış prosesi uşaqlar üçün həyəcanverici olduğu qədər, valideynlərin də qidalanma vərdişlərini yenidən nəzərdən keçirməsi lazım olan mühüm bir dövrdür.
HİT.az xəbər verir ki, diyetoloq Emel Terzioğlu Arslan məktəb dövründə uşaqların həm akademik uğurlarını artırmaq, həm də immun sistemlərini gücləndirmək üçün kritik qidalanma məsləhətlərini bölüşüb.
"Məktəblərin açılması ilə uşaqlar sıx mühitdə daha çox vaxt keçirməyə başlayır. Bu vəziyyət, xüsusilə mövsüm keçidlərində tez rast gəlinən infeksiyalara yoluxma riskini artırır" deyən diyetoloq balanslı və sağlam qidalanmanın uşaqların ən əsas qoruyucu amillərindən biri olduğunu vurğulayır.
Arslan uşaqların həm dərslərdə daha məhsuldar ola bilməsi, həm də xəstəliklərdən qorunması üçün güclü bir immun sisteminə malik olmalarının böyük əhəmiyyət kəsdiyini bildirir:
"Bu nöqtədə balanslı və sağlam qidalanma ən əsas qoruyucu amillərdən biridir. Səhər yeməyi isə günə sağlam bir başlanğıc üçün vacibdir. Yumurta, tam taxıl məmulatları, pendir, zeytun, süd və ya qatıq kimi qidaların iştirak etdiyi bir səhər yeməyi uşaqların həm fiziki inkişafını, həm də məktəb uğurunu dəstəkləyir".
Uşaqların immun sistemini gücləndirmək üçün müəyyən qida qruplarının müntəzəm istehlakının əhəmiyyətini vurğulayan Arslan, C vitamini baxımından zəngin portağal, mandarin, kivi, qırmızı bibər kimi qidaların gündəlik qidalanmaya daxil edilməsi lazım olduğunu deyir. A vitamini ehtiva edən yer kərəyizi, balqabaq və ispanaq kimi qidaların süfrədə yer alması da immun sistemini dəstəkləyən mühüm addımlar arasında durur. Sink və dəmir mənbəyi olan ət, yumurta və quru paxlalı bitkilərin balanslı istehlakı ilə yanaşı, qatıq və kefir kibi probiotik qidaların bağırsaq sağlamlığı vasitəsilə immunitetə göstərdiyi töhfə də nəzərdən qaçırılmaması lazım olan amillərdəndir.
"Sağlam qidalanmanın ən asan yollarından biri 'sağlam boşqab modeli'dir" deyən Terzioğlu Arslan uşaqların yeməkləri hazırlanarkən boşqabın yarısının tərəvəz və meyvələrdən, 1/4-nin tam taxıl karbohidratlarından təşkil olunmasının əhəmiyyətinə diqqət çəkir. Tam buğda çörəyi, bulqur, qəhvəli düyü kimi tam taxıl qidaları ilə birlikdə, boşqabın qalan dörddə birinin isə ət, toyuq, balıq, yumurta və ya paxlalı bitkilər kibi zülal mənbələrindən təşkil olunması lazım olduğunu bildirən Arslan, beləcə həm enerji balansının təmin olunduğunu, həm də uşaqların ehtiyac duyduqları vitamin və mineralları tam şəkildə ala bildiklərini ifadə edir. Uşaqların boşqablarında müxtəlif rənglərdə tərəvəz və meyvələrin olması, "rəngarəng boşqab" yanaşması ilə qidalanma müxtəlifliyini artırır və immun sistemi üçün daha geniş bir qorunma təmin edir.
Terzioğlu Arslan su istehlakının immunitet üçün kritik rol oynadığını bildirərək: "Uşaqların gün boyu kifayət qədər su içmələri təşviq edilməli, suyun yerinə qazlı içkilər və şəkərli meyvə şirələrinin istehlakından çəkinilməlidir. Ara yeməklər mövzusunda da mühüm xəbərdarlıqlar edir: "Qəlyanaltı və bağlanmış qidaların həddən artıq istehlakı həm immuniteti zəiflədir, həm də diqqət dağınıqlığına səbəb ola bilər. Ara yeməklərdə təzə meyvə, quru meyvə və ya evdə hazırlanmış sağlam qəlyanaltıların seçilməsi daha faydalıdır".
"Sağlam bir həyatın ancaq qidalanma ilə məhdudlaşmadığını unutmamaq lazımdır" deyən Terzioğlu Arslan yuxunun əhəmiyyətinə də diqqət çəkir: "Uşaqların yaşına uyğun şəkildə kifayət qədər yuxu alması da immun sistemi və məktəb uğuru baxımından son dərəcə vacibdir. Müntəzəm yuxu, balanslı qidalanma və təmiz su istehlakı birlikdə uşaqların xəstəliklara qarşı daha davamlı olmasına töhfə göstərir".
Məktəb dövründə sağlam qidalanma vərdişlərinin qazanılması təkcə xəstəliklərdən qorunmağa kömək etməklə kifayətlənmir; həm də uşaqların dərslərdə daha enerjili, diqqətli və uğurlu olmalarını təmin edir. Valideynlərin bu prosesdə uşaqlara nümunə olması, sağlam boşqab modelini birlikdə tətbiq etməsi və rəngarəng, müxtəlif qidalanmanı təşviq etməsi onların gələcəkdəki sağlamlıqları baxımından ən dəyərli sərmayədir.
Samir