Kişilərə ziyanlı olan qidalar

SAĞLAMLIQ
21:40 / 24.09.2025
45

Kişilər zəngin qidalanmağı sevir. Onlar daha çox ət məhsulları və spirtli içkilərə meyil edir. Ancaq bəzi qidalar kişilərin ziyanınadır.

Hit.az xəbər verir ki, hazır doğranmış pendir və kolbasalarla kişilərin qidalanması məsləhət deyil. 

Ən populyar və zərərsiz hesab olunan pivə kişilərdə qadın döşü kimi sinə formalaşdırır. Pivə testosteronu azaldır. 

Əgər kişidə testosteron və digər vacib hormonlar azdırsa, cinsi istəksizlik varsa, çuğundur olmaz. Çünki  çuğundur qadın hormonlarını daha da artırır.  

Bununla yanaşı, süd və süd məhsulları orqanizmdə qadın hormonu olan estrogen və progesteronu artıraraq, kişi hormonu olan testosteronu azaldır. 

Qızardılmış ətdə bədənə ciddi zərər verə biləcək yüksək konsentrasiyalı kanserogenlər var.

Ətin yüksək temperaturda qızardılması prosesində heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər əmələ gəlir. Bu maddələr xərçəng və ürək-damar patologiyalarının inkişafına kömək edə bilər.

Sevinc

0